Dekabrın 2-də Bakıda çiskinli, dağlarda qar yağışı gözlənilir

Azərbaycan.media xəbər verir ki, dekabrın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Bakıda gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762-766 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət isə 70-80% təşkil edəcək.

Ölkənin əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntı, dağlıq ərazilərdə qar yağması gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, digər rayonlarda gecə 1-5, gündüz 12-15 dərəcə isti olacaq.