Kəlbəcərdə otlaq sahələrində yanğınla mübarizə davam edir

Azərbaycan.media xəbər verir ki, Kəlbəcər rayonunun Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğının söndürülməsi işləri davam etdirilir.

FHN-in Mətbuat Xidmətindən  bildirilib ki, havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizəni çətinləşdirir. Buna baxmayaraq, yanğının söndürülməsi əməliyyatları fasiləsiz olaraq aparılır.