Azərbaycan.media xəbər verir ki, İndoneziyada baş vermiş daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 500-ü keçib. İndoneziyanın Təbii Fəlakətlər üzrə Milli Agentliyinə görə, indiyə qədər 502 nəfərin ölümü təsdiqlənib, 508 nəfər isə itkin düşmüş hesab olunur.
Son vaxtlar Cənub-Şərqi Asiyada, o cümlədən Tailand, Malayziya və Şri Lankada da daşqın hadisələri baş verir. Bu ölkələrdə ümumilikdə insan tələfatı artıq 1000 nəfəri ötüb və rəqəmin artacağı ehtimal olunur.
Şri Lankada isə daşqınlardan təsirlənmiş insanların sayı təxminən 1 milyon nəfərdir. Fəlakət nəticəsində əhalinin həyatı və əmlakı ciddi zərər görüb.
Oxundu: 9
