Prezident İlham Əliyev Rumıniya Prezidentini milli bayram münasibətilə təbrik edib

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Rumıniya Prezidenti Nikuşor Dana təbrik məktubu göndərib.

Məktubda Azərbaycan Prezidenti Rumıniyanın milli bayramı münasibətilə həm Prezidentə, həm də rumın xalqına səmimi təbriklərini çatdırıb. O, Azərbaycan və Rumıniya arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiklərini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Rumıniya əməkdaşlığı iqtisadiyyat, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar sahələr və digər istiqamətlərdə genişlənir və strateji tərəfdaşlıq möhkəmlənir. O, əminliyini ifadə edib ki, ölkələrimiz arasında dostluq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində daha da genişlənəcək və strateji tərəfdaşlıq dərinləşəcək.

Məktubun sonunda Prezident İlham Əliyev Rumıniya Prezidentinə və xalqına xoş arzularını çatdırıb, Rumıniya xalqına firavanlıq və rifah diləyib.