Bakı–Şamaxı yolunda avtomobil aşıb: iki nəfər xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, bu gün səhər saatlarında Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Oğuz rayon sakini, 49 yaşlı Seymur Tapdığ oğlu Dadaşovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq suötürücü kanala aşıb.

Qəza zamanı sürücü Seymur Dadaşov və onun həyat yoldaşı, 45 yaşlı Səyidə Dadaşova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.