Azərbaycan.media xəbər verir ki, “Nərimanov” elektrik deposunun xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub və qatarların xəttə daxil olması prosesi başlayıb.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, yaranmış qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur. Qrafikə uyğun fəaliyyətin bərpa edilməsi üçün zəruri tədbirlər görülür və yaxın zamanda hərəkətin tam normallaşacağı bildirilib.
Bu gün saat 07:24-də “Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə də intervallarda gecikmələr qeydə alınmışdı. Bundan başqa, “Bakmil” stansiyasının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Texniki xidmətlər enerji təminatının bərpası istiqamətində operativ işləri davam etdirir.
