“Qaraheybət” faciəsindən 4 il ötür: 14 şəhid, 2 yaralı

Azərbaycan.media xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonundakı “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 4 il keçir.

Faciə 2021-ci il noyabrın 30-da, saat 10:40 radələrində təlim uçuşları zamanı baş verib.

Qəza nəticəsində 14 nəfər yüksək rütbəli hərbi qulluqçu şəhid olub, 2 nəfər isə ağır yaralanıb. Şəhidlərin adları belədir:

  1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu

  2. polkovnik Nəzirov Emil Nəzir oğlu

  3. mayor Həsənov Elmir Mircəlil oğlu

  4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu

  5. mayor Mayılov Emil Şahid oğlu

  6. mayor Məmmədov Murad Yaşar oğlu

  7. mayor Əliyev Emil Elman oğlu

  8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu

  9. kapitan Bayramlı Cavid Əhliman oğlu

  10. kapitan Əliyev Xəyyam Əlixan oğlu

  11. kapitan Qaraisayev Teymur Ənvər oğlu

  12. leytenant Süleymanov Abdulla Telman oğlu

  13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu

  14. işçi Nəbiyev Elçin Fikrət oğlu

Qəza zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Qeyd edək ki, siyahıda “işçi” kimi göstərilən Elçin Nəbiyev Birinci Qarabağ müharibəsinin əfsanəvi pilotu, istefada olan polkovnik olub və DSX-də mülki əməkdaş kimi fəaliyyət göstərirdi.