Azərbaycan.media xəbər verir ki, gələn il pensiyaların indeksasiyası üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.
Bu barədə Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib.
Nazir bildirib ki, 2026-cı ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci illə müqayisədə 782,4 milyon manat və ya 10,9% artacaq.
“Bu vəsaitin 81,2%-i – yəni 635,6 milyon manatı – indeksasiya xərclərinə yönəldiləcək. Qalan hissə isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların maliyyələşdirilməsinə sərf olunacaq,” – deyə A. Əliyev qeyd edib.
