Şri-Lankada daşqınlar: Ölənlərin sayı 193-ə çatdı, 220-dən çox insan itkin düşüb
Azərbaycan.media xəbər verir ki, Şri-Lankada baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 193 nəfərə yüksəlib, 220-dən çox insan isə itkin düşmüş hesab olunur.
Ölkə prezidenti Anura Kumara Dissanayake “Ditva” siklonunun dağıdıcı fəsadları ilə mübarizə məqsədilə fövqəladə vəziyyət elan edib.
Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi (DMC) yaxın günlərdə siklonun təsiri ilə ölkə üzrə yeni güclü leysan yağışlarının gözlənildiyini bildirib.
“Daily Mirror”un məlumatına görə, itkin düşənlər arasında Çalay lagunasındakı hərbi-dəniz yarımstansiyasında daşqınla mübarizə aparan Hərbi Dəniz Qüvvələrinin beş əməkdaşı da var.
