Azərbaycan.media xəbər verir ki, bu gün Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
İlkin olaraq onun yaxınları 35 yaşlı şəxsin özünə xəsarət yetirdiyini bildiriblər. Lakin polis tərəfindən aparılan araşdırmalar zamanı V. Cəfərova həyat yoldaşı, 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxundu: 12
