Azərbaycan.media xəbər verir ki, Rusiyanın Ukraynaya həftədə iki dəfə kütləvi zərbələr endirmək üçün kifayət qədər raket potensialı mövcuddur.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının informasiya şöbəsinin rəisi Yuri İqnat bildirib.
“Rusiyanın müdafiə obyektlərində baş verən partlayışlara baxmayaraq, bu potensial hələ də qalır. Üstəlik, bu hücumların daha da intensivləşməsi mümkündür,” – deyə İqnat qeyd edib.
