Azərbaycan.media xəbər verir ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, qəzanın səbəbi yüksək sürət olub: “VAZ 2107” avtomobili yuxarıdan işıq yandırmadan gəlib, “Toyota Prado” isə yaşıl işıqdan keçərkən onu görməyib.
TƏBİB-in açıqlamasına görə, 2 yaralının vəziyyəti ağırdır və onlar Reanimasiya şöbəsində müalicə alır, digər 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
