Qazaxıstan Kiyevə Xəzər Boru Kəməri Konsorsiumuna Hücumla Bağlı Etirazını Bildirdi

Azərbaycan.media xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna hücumla bağlı Kiyevə etirazını çatdırıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Nazirliyin rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlama verib.

“Qazaxıstan Xarici İşlər Nazirliyi Novorossiysk dəniz limanının akvatoriyasında beynəlxalq Xəzər Boru Kəməri Konsorsiumunun kritik infrastrukturuna növbəti məqsədyönlü hücumla bağlı etiraz edir,” – deyə məlumatda bildirilib.

Qeyd olunur ki, bu, beynəlxalq hüquqa uyğun olaraq fəaliyyətdə olan mülki obyektə qarşı yönəlmiş üçüncü təcavüz aktıdır. Departament əlavə edib ki, Qazaxıstan enerji təchizatının fasiləsizliyinin davamlılığını dəstəkləyir.