Azərbaycan.media xəbər verir ki, Türkiyənin Afyonkarahisar şəhərinin Dinar rayonunda sərnişin avtobusunun yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb.
“Report”un “Haber Global”a istinadən verdiyi məlumata görə, hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdiriliblər.
