Azərbaycan.media xəbər verir ki, “TikTok”da qısa videoları ilə məşhurlaşan, Leninqrad mühasirəsinin sağ qalmış şahidlərindən biri olan Nina Saxarnova vəfat edib.
Onun nəvəsi Veronika Koldina “VKontakte” sosial şəbəkəsində yayıb. Onun sözlərinə görə, Saxarnova şənbə günü, noyabrın 29-da dünyasını dəyişib.
Nəvəsinin bildirdiyinə görə, Saxarnova rahat şəkildə həyatını başa vurmağı arzulayıb və bundan qısa müddət sonra dünyasını tərk edib.
Nina Saxarnova videolarında müharibədən əvvəlki Leninqradla bağlı xatirələrini, eləcə də Böyük Vətən Müharibəsi illərində yaşanan dəhşətli mühasirə dövrünü izləyiciləri ilə bölüşürdü. O, həmçinin müasir dövrə münasibəti və müşahidələrini də abunəçilərinə çatdırırdı.
Qeyd edək ki, Saxarnovanın 25 noyabrda 104 yaşı tamam olmuşdu.
