🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Misli Premyer Liqasında XIII tura bu gün yekun vurulacaq

Azərbaycan.media xəbər verir ki, bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turunun son iki oyunu keçiriləcək.

AZƏRTAC-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Matç saat 14:00-da start götürəcək.

Turun bağlanış oyununda isə “Araz-Naxçıvan” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Bu görüşün başlanğıc fiti saat 16:30-da səslənəcək.

Qeyd edək ki, XIII turun əvvəlki matçlarında:

  • “Zirə” – “Kəpəz” (2:0)

  • “Qarabağ” – “Karvan-Yevlax” (2:0)

  • “Sabah” – “İmişli” (3:0)

  • “Turan Tovuz” – “Neftçi” (0:0)