Azərbaycan.media xəbər verir ki, meyvə və tərəvəzlərlə bağlı aparılan geniş araşdırma nəticəsində ən sağlam qidaların siyahısı açıqlanıb. Mütəxəssislər 17 əsas qidanı kalium, lif, protein, kalsium, dəmir və müxtəlif vitamin göstəriciləri üzrə qiymətləndiriblər.
Tərtib olunan siyahıda kartof 100 baldan cəmi 10,51 bal toplayaraq sonuncu yeri tutub. Meyvələr arasında isə qreyfrut 10,47 balla ən aşağı göstərici ilə qeydə alınıb.
Araşdırmanın nəticələrinə əsasən sağlamlıq baxımından ən faydalı tərəvəzlərin ilk onluğu belə formalaşıb:
-
Qara kələm – 62,49 bal
-
Qıvrım kahı – 63,48 bal
-
Cəfəri – 65,59 bal
-
Yarpaq kahı – 70,73 bal
-
Hindiba – 73,36 bal
-
İspanaq – 86,43 bal
-
Çuğundur yarpağı – 87,08 bal
-
Çuğundur – 89,27 bal
-
Çin kələmi – 91,99 bal
Birinci yeri isə gözlənilməz bir tərəvəz – su tərəsi tutub. O, maksimal 100 bal toplayaraq siyahının zirvəsinə yüksəlib. “Brassicaceae” (kələmkimilər) fəsiləsinə aid olan su tərəsi K vitamini baxımından olduqca zəngindir və xroniki xəstəlik riskinin azalmasına töhfə verə bilər.
Araşdırma barədə danışan dosent, dr. Ceniffer Di Noia qeyd edib ki, güclü meyvə və tərəvəzlər ürək-damar xəstəlikləri, neyrodegenerativ problemlər və bəzi xərçəng növləri də daxil olmaqla bir çox xroniki xəstəlik riskini azaltma potensialına malikdir.
