Azərbaycan.media xəbər verir ki, Honkonqda baş verən güclü yanğından sonra yaşayış kompleksində 90-dan çox ev heyvanı aşkar edilib.
“Report”un “South China Morning Post”a istinadən məlumatına görə, axtarış-xilasetmə qrupları yanğından təxminən dörd gün sonra üç pişik və bir tısbağanı sağ vəziyyətdə xilas ediblər.
Məlumata əsasən, xilasedicilər əvvəlcə söndürülmüş iki çoxmərtəbəli binanı tam şəkildə yoxlayıblar. Heç bir insan qalığı aşkarlanmasa da, müxtəlif ev heyvanları tapılıb.
Xilas edilən pişiklər və tısbağa Heyvanlarla Amansız Rəftarın Qarşısının Alınması Cəmiyyətinə təhvil verilib. Onların sağlamlıq durumu ilə bağlı hələlik rəsmi məlumat verilməyib, yalnız sağ olduqları bildirilib.
