🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Kiyev və ətrafını raket və dron hücumları ilə vurub – 2 ölü, 15 yaralı

Azərbaycan.media xəbər verir ki, sülh danışıqları ətrafında yaranan saxta ajiotaja baxmayaraq, Rusiya Ukraynanın dinc şəhərlərini hədəf almaqda davam edir.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, ötən gecə və səhər saatlarında Kiyev və ətraf bölgələr raket və dron hücumlarına məruz qalıb.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə, hücumlar nəticəsində 2 nəfər həlak olub, azı 15 nəfər yaralanıb. Zərbələr əsasən enerji infrastrukturuna yönəldilib; şəhər və ətraf ərazilərdəki əksər sakinlər elektrik, su və istilik xidmətlərindən məhrum olublar. Bir neçə ərazidə dağıntılar və yanğınlar qeydə alınıb, paytaxtın qərb hissəsi hazırda tamamilə elektriksizdir.