🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səbaildə mənzildə köməksiz vəziyyətdə olan şəxsin meyiti tapılıb

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, məlumat daxil olan kimi Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində həmin şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.