Azərbaycan.media xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin qiymətində artım müşahidə olunur.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,29 dollar və ya 0,44 faiz artaraq 66,34 dollara yüksəlib.
Qeyd edək ki, “Azeri Light” neftinin tarix üzrə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
