Azərbaycan.media xəbər verir ki, Ukraynaya siyasi dəstək və Rusiyaya qarşı sanksiyalara qoşulmaq Yunanıstan üçün ciddi iqtisadi itkilərlə nəticələnib.
Bu barədə Yunanıstan parlamentinin spikeri Nikitas Kaklamanis açıqlama verib. Onun sözlərinə görə, ölkə xüsusilə 1,5 milyon rus turistini itirib və Rusiya bazarına mal ixrac etmək imkanından məhrum olub.
“Yunanıstan əvvəlcədən Ukraynanın tərəfində idi. Bu mövqe ölkə üçün nəzərəçarpacaq iqtisadi fəsadlar yaradıb. Amma biz intizamlı dövlət kimi Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmuşuq”, – deyə o bildirib.
Kaklamanis həmçinin qeyd edib ki, NATO üzvü olmasına baxmayaraq, Türkiyə bu məsələdə nə Yunanıstanın, nə də Avropanın mövqeyini izləməyib.
Oxundu: 12
