🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiyada “adamyuyan” kapsul satışa çıxarıldı – həm bədən, həm də ruh üçün təmizlənmə

Azərbaycan.media xəbər verir ki, Yaponiyada insanların kapsula girərək yuyulduğu yeni “adamyuyan” cihazı satışa çıxarılıb.

Axar.az-ın məlumatına görə, paltaryuyan prinsipi əsasında işləyən bu kapsul istifadəçinin həm fiziki təmizlənməsini, həm də emosional rahatlığını təmin edir. Proses zamanı istifadəçi musiqi seçə bilir və cihaz ürək döyüntüsü kimi həyati göstəriciləri izləyir.

Əvvəlcə prototip olaraq hazırlanmış cihaz, ABŞ-da bir turizm şirkətinin marağı nəticəsində kommersiya istehsalına yönəldilib. Şirkət 50 ədəd istehsal etməyi planlaşdırır və məhsulun qiyməti 385 min dollar təşkil edir.