Lerikin bir sıra kəndlərində elektrik verilişində iki saatlıq fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, Lerik rayonunun bir neçə yaşayış məntəqəsində bu gün elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə məlumatı “Azərişıq” ASC yayıb.

Bildirilib ki, Lerik Elektrik Şəbəkəsinin ərazisində noyabrın 28-də 35 kV-luq “Lerik-1” və “Lerik-2” hava xətlərində təmir və ağac budanması işləri aparılacaq. Bu səbəbdən saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni və Züvüç kəndlərində elektrik verilişində fasilə yaranacaq.

Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli və stabil elektrik enerjisi ilə təmin olunacaq.