Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra prospekt və küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadən bildirilir.
Sıxlıq qeydə alınan ərazilər bunlardır:
-
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
-
Heydər Əliyev prospektinin köməkçi yolu, mərkəz istiqamətində;
-
Heydər Əliyev prospektinin əsas yolu, mərkəz istiqamətində;
-
Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
-
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
-
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.
NİİM sürücülərə mümkün olduqda alternativ yollardan istifadə etməyi və yaranan sıxlığı nəzərə alaraq hərəkət planlarını tənzimləməyi tövsiyə edir.
