Azərbaycan.media xəbər verir ki, dünya əmtəə bazarlarında neftin qiyməti bahalaşıb. “APA-Economics”in məlumatına görə, noyabrın 27-də neft qiymətlərində artım müşahidə olunub.
WTI markalı xam neft (Nymex) 0,43 dollar və ya 0,73% bahalaşaraq bir barel üçün 59,08 dollara çatıb. Brent markalı neftin (ICE) qiyməti isə 0,25 dollar və ya 0,39% artaraq 63,59 dollar olub.
Qiymət artımı bazarlarda neft ehtiyatlarının azalacağına dair gözləntilər və ilin sonunda enerji tələbinin sabit qalacağı proqnozları ilə əlaqələndirilir.
