44 GÜN və…”: Mehriban Ələkbərzadənin filmi — düşmənin qəlbini sarsıdan sənədli hekayə

 

Azərbaycan.media xəbər verir ki, “44 GÜN və…” adlı sənədli film 2020-ci ilin 44 günlük Vətən müharibəsinin acı-həqiqətlərini, qəhrəmanlıq hekayələrini və itkiləri ekran üzərində canlandırır.

Filmin müəllifi Mehriban Ələkbərzadə bildirir ki, bu film “bu OX ancaq düşmənin qəlbini dağıda bilər. Düşmən düşməndir… içimizdəki düşmənlər daha qorxulu və daha iyrəncdir. Vətən sağ olsun… əlbəttə ki, Vətən sağ olsun.”

Film döyüşlərdəki qəhrəmanlıq, vətəndaş itkisi, dağıntılar və məcburi köçkünlük kimi mövzuları əhatə edir. Eyni zamanda, tamaşaçıya tarixi xatırlatmaq, sülhün və barışın əhəmiyyətini göstərmək məqsədi daşıyır.

“44 GÜN və…” həm dövrünü yaşamışlar, həm gənc nəsil, həm də tarixə maraq göstərənlər üçün vacib sənədli işdir və Azərbaycan ictimaiyyətinin yaddaşına işıq salır.

 

Fuad BİLƏSUVARLI

Mənbə: Azərbaycan.media