🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib

Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması zamanı Tarif Şurası Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyini almalıdır.

Qeyd edək ki, bundan əvvəl dərman qiymətlərinə dair rəylər İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən verilirdi.