🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İsrail Cənubi Livanda “Hizbullah” obyektlərinə zərbələr endirib

Azərbaycan.media xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Cənubi Livanın bir neçə rayonunda “Hizbullah”ın obyektlərinə silsilə zərbələr endirdiyini təsdiqləyib.

IDF-nin bəyanatına görə, zərbələr terror qruplaşmasına məxsus raket qurğuları, silah anbarları və digər hərbi obyektlərə yönəldilib.

Bəyanatda qeyd olunur:
“Bu ərazilərdə ‘Hizbullah’ın fəaliyyəti və infrastrukturu İsraillə Livan arasında əldə olunmuş razılaşmaların pozulması deməkdir.”