Türkiyənin XİN başçısı Hakan Fidan Almaniyaya səfər edəcək

Azərbaycan.media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniyaya səfər edəcək.

Axar.az-ın məlumatına görə, səfər çərçivəsində Fidan almaniyalı həmkarı Yohan Vadefulla görüşəcək. Görüşdə ölkələrarası əlaqələr, Türkiyə-Avropa İttifaqı münasibətləri və digər aktual məsələlər müzakirə olunacaq.