Azərbaycan.media xəbər verir ki, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnəzarova Astanadan Almatıya uçan KC 622 reysi zamanı halı pisləşən sərnişinə ilkin tibbi yardım göstərib.
Publika.az-ın məlumatına görə, noyabrın 26-da səhər saatlarında baş verən hadisə zamanı nazir sərnişinlərdən birinin özünü pis hiss etdiyini görərək ona yaxınlaşıb və vəziyyəti qiymətləndirib. Akmaral Alnəzarova qadının qan təzyiqini ölçüb və yüksək olduğunu müəyyən edib. Nazir xəstənin vəziyyətini stabilləşdirmək üçün dərhal müdaxilə edib.
Hadisə zamanı uçuş bələdçiləri lazımi dərman vasitələrini gətiriblər. Tibbi yardım göstərildikdən sonra sərnişinin vəziyyətinin uçuşu davam etdirməyə uyğun olduğu təsdiqlənib.
Oxundu: 15
