Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı son rəqəmləri açıqlayıb

Azərbaycan.media xəbər verir ki, Rusiya Ukraynada müharibənin 1373-cü günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

Məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlamasında bildirib ki, “xüsusi hərbi əməliyyat” başlayandan indiyədək Ukrayna tərəfinin müxtəlif növ hərbi texnika və silahlarda böyük itkiləri olub.

Onun sözlərinə görə, bu müddət ərzində Ukrayna ordusuna məxsus:

  • 668 təyyarə,

  • 283 helikopter,

  • 99 114 pilotsuz uçuş aparatı (PUA),

  • 638 zenit-raket kompleksi,

  • 26 294 tank və digər zirehli texnika,

  • 1 621 reaktiv yaylım atəş sistemi,

  • 31 587 artilleriya qurğusu və minaatan,

  • 47 814 xüsusi hərbi avtomobil texnikası

məhv edilib.

Konaşenkov qeyd edib ki, Rusiya ordusunun əməliyyatları çərçivəsində Ukraynanın döyüş imkanlarına ardıcıl zərbələr endirilməkdə davam olunur.