Azərbaycan.media xəbər verir ki, Moskvada həm mobil internet, həm də Wi-Fi şəbəkələrində genişmiqyaslı nasazlıqlar qeydə alınıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, şəhər sakinləri müxtəlif operatorlarda — xüsusən də MegaFon, Beeline və MTS istifadəçiləri arasında əlaqə problemlərinin kəskin artdığını bildirirlər. Teleqram kanallarında yayılan məlumatlarda qeyd olunur ki, kəsintilər həm paytaxtda, həm də ətraf bölgələrdə müşahidə edilir.
Bildirilib ki, artıq bir müddətdir Rusiyanın müxtəlif regionlarında mobil internetə məhdudiyyətlər tətbiq olunur. PUA hücumu təhlükəsi səbəbindən bəzi ərazilərdə mobil internetin tam söndürülməsi halları da davam edir.
Oxundu: 14
