🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şimali Koreyada məktəblilərdən rus dilini öyrənmək tələb olunur

Azərbaycan.media xəbər verir ki, Şimali Koreyada məktəblilərdən dördüncü sinifdən başlayaraq rus dilini öyrənmək icbari şəkildə tələb olunur.

Rusiyanın Təbii Sərvətlər və Ekologiya naziri Aleksandr Kozlov bildirib ki, bu məlumatı Moskvada keçirilən hökumətlərarası komissiyanın iclasında açıqlayıb. O deyib: “Artıq Şimali Koreya məktəblərində dördüncü sinifdən rus dilinin tədrisi icbari olub. Rusiyada isə 3000-dən çox məktəbli hazırda Koreya dilini öyrənir. Onların əksəriyyəti Koreya dilini ikinci və ya üçüncü xarici dil kimi öyrənir”.