🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yasamalda evdən və cibdən oğurluq edən şəxslər saxlanılıb

Azərbaycan.media xəbər verir ki, paytaxtın Yasamal rayonunda bir neçə oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirilib ki, vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 43 yaşlı S. Dadaşova müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun noyabrın 1-dən 25-dək xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən olunub.

Rayon ərazisində aparılan digər əməliyyat zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S. Salmanzadə də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.