Azərbaycan.media xəbər verir ki, Krım körpüsündə törədilmiş partlayışla bağlı üç erməni və digər iştirakçılar Rusiyada ömürlük həbs cəzasına məhkum edilib.
Rostov-na-Donu şəhərindəki Cənub Ərazi Hərbi Məhkəməsi Krım körpüsünə edilən terror aktının səkkiz iştirakçısını təqsirli hesab edərək onlara ömürlük həbs cəzası verib. Məhkum edilənlər arasında ermənilər Artyom Azatyan, Qriqori Azatyan və yük maşınının sürücüsü Artur Terçanyan da var.
Təqsirləndirilən şəxslər terror aktının təşkilində, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Roman Solomko və Artur Terçanyan həmçinin partlayıcı qurğuların qaçaqmalçılığında ittiham ediliblər.
İstintaqın versiyasına görə, partlayıcı qurğu Ukraynada istehsal olunub və tikinti plyonkası rulonlarının içərisində gizli şəkildə körpüyə çatdırılıb. Əməliyyatın hazırlanmasında Ukrayna, Ermənistan və Gürcüstan vətəndaşları iştirak edib, təşkilatçının isə Ukrayna vətəndaşı Andrey Şaraşidze olduğu bildirilib.
