Azərbaycan.media xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi ölkənin təhlükəsizliyinin daha güclü diplomatiya ilə təmin ediləcəyini açıqlayıb.
Nazirlikdən bildirilib: “Estoniyanın təhlükəsizliyinin gücləndirilməsi daha güclü diplomatiya ilə başlayır. Biz Moldova, Ermənistan, Azərbaycan, Braziliya və Keniyada səfirliklər açacağıq. Bu, qlobal maraqlarımızın qorunmasına kömək edir və sürətlə inkişaf edən bölgələrdə Estoniya biznesləri üçün yeni imkanlar yaradır.”
Estoniya xarici işlər naziri Marqus Tsahkna isə “X” sosial şəbəkəsində səfirlik açılacaq ölkələrlə əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözlədiklərini vurğulayıb.
Oxundu: 15
