David Luiz Çempionlar Liqasında 7 ildən sonra ilk qolunu vurdu

Azərbaycan.media xəbər verir ki, Kiprin “Pafos” klubunun braziliyalı müdafiəçisi David Luiz UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda uzun fasilədən sonra yenidən fərqlənib. 38 yaşlı futbolçu “Monako” ilə 2:2 hesabı ilə başa çatan görüşdə komandasının ilk qoluna imza atıb. Luiz qarşılaşmanın 18-ci dəqiqəsində “Pafos”u hesabda irəli çıxarıb.

Bu, David Luizin 2017-ci ildən bəri Çempionlar Liqasında vurduğu ilk qoludur. Həmin vaxt o, İngiltərənin “Çelsi” klubunun heyətində çıxış edirdi.

Təcrübəli müdafiəçi bu qolla turnirin tarixinə ən yaşlı ikinci qol müəllifi kimi düşüb. Çempionlar Liqasının ən yaşlı qol vurucusu isə 40 yaş 253 günlük ikən fərqlənmiş portuqaliyalı müdafiəçi Pepe olaraq qalır.

Qeyd edək ki, David Luiz cari mövsümdən etibarən “Pafos” klubunda çıxış edir.