Azərbaycan.media xəbər verir ki, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi aşağı salınıb.
Məlumata görə, “Şamaxinka” kimi tanınan yol hissəsindən Lökbatan dairəsinədək uzanan 14 kilometrlik məsafədə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib. Dəyişikliyin tətbiqi ilə bağlı ərazidə yeni yol nişanları quraşdırılıb.
Rəsmi qurumlar sürücüləri yenilənmiş sürət limitinə riayət etməyə çağırır.
Oxundu: 14
