BSU-da “Danışır tarix” filmi nümayiş etdirildi

Azərbaycan.media xəbər verir ki, noyabrın 26-da Bakı Slavyan Universitetinin (BSU) Kitabxana-Öyrənmə Mərkəzində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən hazırlanan “Danışır tarix” filmi nümayiş olunub.

Bu barədə məlumatı BSU-nun rektoru Anar Nağıyev açıqlayıb. O bildirib ki, Qərbi Azərbaycan abidələrinin tarixinə həsr olunan filmin təqdimatında dəyərli çıxışı ilə iştirak edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızıya xüsusi təşəkkürünü çatdırıb.

Rektor həmçinin filmin yüksək peşəkarlıqla ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyəti təbrik edib və BSU-da təqdimatın keçirilməsinə görə layihə rəhbəri Cəsarət Hüseynzadəyə minnətdarlığını ifadə edib.