Azərbaycan.media xəbər verir ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində son dövrlər müşahidə olunan dinamikanı alqışlayır.
Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci kanal”a müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, iki ölkə arasında aparılan dialoq regionda sülhün, sabitliyin və inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. O əlavə edib ki, prosesin irəliləməsi həm də Orta Dəhliz boyunca Gürcüstanın və bütövlükdə regionun rolunun daha da güclənməsinə töhfə verəcək.
Boçorişvili Gürcüstanın regiondakı prosesləri diqqətlə izlədiyini, Azərbaycan və Ermənistanla çox sıx və davamlı kommunikasiyaya malik olduğunu vurğulayıb.
Oxundu: 15
