Azərbaycan.media xəbər verir ki, Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şahidlərin sözlərinə görə, “Şevrolet Kobalt” markalı avtomobil Mehdiabad–Fatmayı yolunda idarəetməni itirərək aşıb və yararsız hala düşüb.
İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər hadisə yerində həyatını itirib. Hazırda faktla bağlı araşdırma aparılır.
