Corcina Rodriqes Dohadan valehedici fotolar paylaşdı

Azərbaycan.media xəbər verir ki, “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes Dohadan yeni görüntülərini izləyiciləri ilə bölüşüb.

Model paylaşımlarında Qətərin paytaxtının futuristik siluetini fon kimi seçib. O, bədən quruluşunu və stilini ön plana çıxaran geyimdə kameralara poza verib.

Paylaşılan fotolar qısa müddətdə yüz minlərlə bəyənmə toplayıb. İzləyicilər Corcinanın görünüşünə heyranlıqlarını bildirərək onu tərif yağışına tutublar.

Corcina Rodriqes Kriştiano Ronaldo ilə birlikdə Qətər və region ölkələrinə tez-tez səfərlər edir.