Azərbaycan.media xəbər verir ki, Cənubi Koreyanın Udo adasında, Çeçju kurort şəhərində mikroavtobus dayanacağa dəyərək turistlərin üzərinə sürülüb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 1 sərnişin və piyadalardan 2 nəfər ölüb.
Qəza zamanı 10-dan çox piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Polisin ilkin açıqlamasına görə, sürücü sərxoş olmayıb. Qəzanın səbəbləri araşdırılır, ilkin ehtimallara görə, mikroavtobusun texniki nasazlığı qəzanın baş verməsinə yol açıb.
Oxundu: 17
