Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski “İstəklilər Koalisiyası”nın iclasında ABŞ-ın təqdim etdiyi sülh planı ilə bağlı mövqeyini açıqlayıb. Dövlət başçısı bildirib ki, Ukrayna müharibəni dayandırmaq üçün Vaşinqtonun təklif etdiyi plan üzrə irəliləməyə hazırdır.
Zelenski ABŞ Prezidenti Donald Trampla sülh planının həssas məqamlarını müzakirə etməyə açıq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu dialoq müharibənin dayandırılması istiqamətində vacib mərhələ ola bilər.
Ukrayna lideri həmçinin koalisiya üzvlərinə müraciət edərək “çəkindirici qüvvələrin” Ukraynada yerləşdirilməsi üçün çərçivə hazırlamağa çağırıb. O qeyd edib ki, Rusiya müharibəni bitirməyə hazır olana qədər beynəlxalq dəstək davam etməlidir.
Oxundu: 18
