Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində yaxın zamanda çəki azaltmaq istədiyini bildirib, lakin Şükranlıq Günündə bunu etməyəcəyini deyib.
Tramp zarafatla qeyd edib:
“Bir neçə kilo arıqlamaq istərdim. Amma Şükranlıq Günündə yox. Çünki hinduşka yeyəcəyəm.”
Rəsmi tibbi müayinələrə görə, ABŞ prezidentinin çəkisi 107 kiloqram, boyu isə 190 santimetrdir. Tramp fastfud yeməyi sevdiyini gizlətmir, xüsusilə burger, kartof fri və qazlı içkilərə üstünlük verir.
Qeyd edək ki, ABŞ-da Şükranlıq Günü bu il 27 noyabr tarixində qeyd olunacaq.
Oxundu: 17
