Azərbaycan.media xəbər verir ki, Fələstinin radikal HƏMAS hərəkatı bir sıra liderlərin irəli sürdüyü siyasi partiya təşəbbüsünü nəzərdən keçirir.
Mənbələrin məlumatına görə, təklif hərəkatın liderləri tərəfindən hazırlanıb və özünü siyasi, iqtisadi və sosial sahələrdə iştirak edə biləcək bir qurum kimi təqdim edəcək siyasi partiya yaradılmasını nəzərdə tutur. Sənəd HƏMAS-ın siyasi bürosu, şura məclisi, ali rəhbərlik şurası və digər daxili strukturlara göndərilib.
Sənəddə həmçinin ümumFələstin barışığına çağırış yer alır və müəlliflər Fələstin Azadlıq Təşkilatına qoşulmaqla orada islahatlarda iştirak etməyi təklif edirlər.
HƏMAS liderlərinin bu təşəbbüsü siyasi fəaliyyətə tədricən keçidi nəzərdə tutur və Fələstinlilərə Qəzzadakı müharibənin başa çatmasından sonra formalaşan yeni reallıqlar fonunda öz prinsiplərinə sadiq qalmaq imkanı yaradır.
