/Ustadımın dilindən.\
Vedisiz ömrümdə yaş getmir axı,
Şaxta bizi vurur, qış ötmür axı,
Təkcə Qarabağla iş bitmir axı,
Çünki İrəvan da vətənimizdi.
Dərələyəz, Ərkil, Vedi və Qotuz,
Şirazlı, Qaralar — səmada ulduz.
Biz qala bilmərik o yurdsuz, yalqız,
Çünki İrəvan da vətənimizdi.
Aşıq Ələsgərim Ağkilsədə qan,
Ağlayır yer altda, sızlayır yaman.
Qayıdış gözləyir rəhbər İlhamdan,
Çünki İrəvan da vətənimizdi.
Ordakı suyumdan, odumdan kənar,
Nəslimdən, tayfamdan, zatımdan kənar.
Nəvələr böyüdü yurdumdan kənar…
Bir gün gedəcəyik o yerlərə biz,
Çünki İrəvan da vətənimizdi.
Mənbəni götürür Göyçə gölündən,
O Zəngiçay çayı — ayrı elimdən.
Öləndə gözümə səpin gülündən,
Çünki İrəvan da vətənimizdi.
Müəllif: Fuad Biləsuvarlı
23 noyabr
Mənbə: Azərbaycan.media
