🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda ana yeni doğulmuş körpəsini öldürdü

Azərbaycan.media xəbər verir ki, Xəzər rayonunda faciəvi hadisə baş verib. “Qafqazinfo”nun APA-ya istinadla verdiyi məlumata görə, noyabrın 11-i Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsi ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində P.Eyvazova saxlanılıb. Meyitin tapılması istiqamətində tədbirlər davam etdirilir, araşdırma aparılır.