Rusiya ABŞ-dan Ukrayna üçün planın tam işlənməmiş versiyasını gözləyir

Azərbaycan.media xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-dan Ukrayna üçün Avropa və Kiyevlə razılaşdırılmış planın tam işlənməmiş versiyasını almağı gözlədiklərini bildirib.

Lavrovun sözlərinə görə, “ABŞ-ın bu mətnin avropalılar və ukraynalılarla razılaşdırılması mərhələlərini tamamlaması baxımından ara mərhələ hesab etdiyi bir versiya təqdim etməsini gözləyirik”.

O əlavə edib ki, Tramp administrasiyasının rəsmi planı Rusiyaya çatdırılmayıb və sənəd yalnız qeyri-rəsmi kanallar vasitəsilə əldə olunub: “Trampın planında yer alan bir sıra formulların dəqiqləşdirilməsi tələb olunur”.